...

Masallı sakinindən qanunsuz odlu silah aşkar edilərək götürülüb

Cəmiyyət Materials 26 Dekabr 2021 14:09 (UTC +04:00)
Masallı sakinindən qanunsuz odlu silah aşkar edilərək götürülüb

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Xırmandalı kənd sakini M.Əzizovdan qanunsuz olaraq saxladığı bir ədəd “İJ-54” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib. M.Əzizov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti