Bakı. Samir Əli - Trend:
Bu gün 113 nəfər yeni namizəd vəkilliyə qəbul olunacaq.
Trend-in məlumatına görə, bunu bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Kollegiya sədri deyib ki, bununla da ölkədəki vəkillərin sayı 2 132 nəfərə çatacaq. Ölkə tarixində ilk dəfə ümumilikdə vəkillərin sayı 2 100 nəfəri keçəcək.