...

Azərbaycanda 413 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Cəmiyyət Materials 4 Yanvar 2022 18:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 618 365 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib, aktiv xəstə sayı 7 648 nəfərdir.

Ölkədə son sutka ərzində 6 555, hazırkı dövrədək isə 5 889 656 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti