...

ÜST Fransadan yeni COVID ştammının az yayıldığını bildirib

Cəmiyyət Materials 7 Yanvar 2022 04:33 (UTC +04:00)

Bakı. Trend:

Fransada koronavirusun "B.1.640" variantına yoluxmaların 1 faizi düşür.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove deyib.

Onun sözlərinə görə, Fransada ilk dəfə aşkar edilən koronavirusun bir variantı hələ geniş yayılmayıb. O, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nəzarəti altındadır. Eyni zamanda, ekspert dünyada B.1.640 variantına yoluxma hallarının sayı barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti