...

Şamaxıda uçqun baş verən yolda bərpa işi yaxın saatlarda yekunlaşacaq - Agentlik

Cəmiyyət Materials 13 Yanvar 2022 14:10 (UTC +04:00)
Şamaxıda uçqun baş verən yolda bərpa işi yaxın saatlarda yekunlaşacaq - Agentlik

Bakı. Trend:

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.

"Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti