...

Qarlı Bakıdan FOTOREPORTAJ

Cəmiyyət 14 Yanvar 2022 10:20 (UTC +04:00)
Qarlı Bakıdan FOTOREPORTAJ

Bakı. Humay Ağacanova - Trend:

Bakıda axşamdan başlayan sulu qar səhər saatlarından qara çevrilib.

Trend-in məlumatına görə, hazırda parklar, xiyabanlarda qar örtüyü daha çox olsa da piyada səkiləri və avtomobil yolları təmizdir. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə heç bir təsir etməyib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir. Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq.

Trend-in fotoqrafı Zaur Mustafayevin lentə aldığı görüntüləri təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti