...

Ağacları kəsən şəxs cəzalandırılıb

Cəmiyyət 14 Yanvar 2022 11:05 (UTC +04:00)

Bakı. Trend:

Şabran şəhəri, mərkəzi parkın yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Trend-in məlumatına görə, xidmətin regional idarəsinin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı 3 göyrüş ağacının Şabran rayon sakini Vidadi Əliyev tərəfindən kəsildiyi və təbiətə 850 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs cərimələnib”.

Q.Ağayevin sözlərinə görə, regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Şabran rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən bu gün kəsilmiş ağacların yerində yeni ağaclar əkiləcək.

Xəbər lenti

Xəbər lenti