...

Azərbaycana sığınacaq axtarmaq üçün gələnlərin sayı artacaq - Çingiz Əsgərov

İqtisadiyyat 18 Yanvar 2022 11:03 (UTC +04:00)
Azərbaycana sığınacaq axtarmaq üçün gələnlərin sayı artacaq - Çingiz Əsgərov

Bakı. Samir Əli - Trend:

Azərbaycana sığınacaq axtarmaq üçün gələnlərin sayı artacaq.

Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

Ç.Əsgərov bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar uğurlu nəticələrə gətirib çıxarıb.

"Keçən il Azərbaycanda inzibati məhkəmələrin yaradılmasından 10 il ötüb. Bütün sahələrdə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını gücləndirib. Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları bu kimi məsələlərlə qarşılaşmağa hazır olmalıdı”- deyə Ç.Əsgərov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti