...

Ötən il 8800-dən çox ahıl və əlil şəxsə evində sosial-məişət xidmətləri göstərilib

Cəmiyyət 20 Yanvar 2022 14:51 (UTC +04:00)
Ötən il 8800-dən çox ahıl və əlil şəxsə evində sosial-məişət xidmətləri göstərilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən ötən il əmək qabiliyyətli qohumları ilə eyni yaşayış məntəqəsində yaşamayan tənha yaşlı və əlilliyi olan 8834 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 7333-ü ahıl (yaşı 70 və yuxarı olan) şəxslər olub.

1501-ni isə yaşı 70-dən aşağı, əlilliyi olan və tənha yaşayan şəxslər, eləcə də yaşı 65-70 aralığında olan, qohumları ilə birgə yaşamayan, koronavirus pandemiyası ilə əlaqədar müəyyən bir dövrdə evdə sosial-məişət xidməti dəstəyi ilə təmin olunmuş şəxslər təşkil edib.

Sosial xidmətçilər tənha yaşlı və əlilliyi olan şəxslərin evlərinə gələrək onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti