...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Multilateralizm - “Çoxtərəflilik” mövzusunda videokonfrans keçirilib

Cəmiyyət Materials 31 Yanvar 2022 15:42 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Multilateralizm - “Çoxtərəflilik” mövzusunda videokonfrans keçirilib

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Multilateralizm - “Çoxtərəflilik” mövzusunda videokonfrans keçirilib.

Mərkəzdən Trend-ə bildirilib ki, konfransda dünyanın tanınmış sabiq liderləri - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həm-sədri, Dünya Bankının sabiq Vitse-prezidenti Dr. İsmail Serageldin, Bosnia və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, İsrailin sabiq Baş nazir müavini, Xarici İşlər naziri Tzipi Livni, Ərəb Liqasının sabiq Baş Katibi Əmr Musa, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinoza və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov iştirak edib.

Multilateralism-Çoxtərəflilik prinsipini ən güclü şəkildə əks etdirən təşkilat BMT-nın 1945-ci ildə təsis edilməsi və ondan qısa müddət sonra isə bu gün pandemiya ilə mübarizənin ön sırasında yer alan Ümumdünya Səhiyyə Təşkilatı təsis edilməsi və qarşılaşdıqları problemlər, o cümlədən regional əməkdaşlıq və maliyyə, ticarət və təhlükəsizlik məsələlərini tənzimləmək üçün yaradılmış təşkilatların rolu müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti