...

Mənzillə təmin olunan Vətən Müharibəsi qəhrəmanlarının sayı açıqlanıb

Cəmiyyət Materials 1 Fevral 2022 12:22 (UTC +04:00)
Mənzillə təmin olunan Vətən Müharibəsi qəhrəmanlarının sayı açıqlanıb

Bakı. Fərid Zöhrabov - Trend:

Bu günədək mənzillə təmin edilən şəxslərdən 83 nəfəri Vətən Müharibəsi Qəhrəmanı, eləcə də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləridir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70% çox, yəni 1572 mənzil/fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib.

"2021-ci ildə mənzillə təminat proqramı 3 il əvvələ nisbətən 5 dəfə genişləndirilib.

Ötən il 3 000-dək mənzilin verilməsi proqramı icra olunub. Ümumilikdə isə indiyədək 12100-dən çox şəhid ailəsi və müharibə əlilinə Nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib.

2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və bu müharibənin əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına da mənzillər verilib.

Bu günədək mənzillə təmin edilən şəxslərdən 83 nəfəri Vətən Müharibəsi Qəhrəmanı, eləcə də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləridir.

Bununla yanaşı ötən il 271 Çernobıl əlili, 203 dövlət uşaq müəssisələrinin məzunu, 275 nəfər isə gözdən əlilliyi olan şəxs mənzillərlə təmin olunub".

Qeyd edək ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti