...

Sabirabadın bu hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 4 Fevral 2022 17:22 (UTC +04:00)
Sabirabadın bu hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı. Fərid Zöhrabov - Trend:

Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq 8 fevral tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti