...

Gələn ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb edilə bilər

Cəmiyyət Materials 15 Fevral 2022 12:19 (UTC +04:00)
Gələn ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb edilə bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Düşünürəm ki, növbəti ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb ediləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, onkoloji xəstəliklər xərc tələb edən məsələdir.

“Bu xəstəliyin də icbari tibbi sığortaya daxil edilməsi istiqamətində iş aparılır. Düşünürəm ki, növbəti ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb ediləcək”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti