...

Daha üç məktəb əyani tədrisə qayıtdı

Cəmiyyət Materials 16 Fevral 2022 09:18 (UTC +04:00)
Daha üç məktəb əyani tədrisə qayıtdı

Bakı. Humay Ağacanova - Trend:

Paytaxtdakı 80, 157 və 202 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti