...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2022 14:10 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə töhfə qismində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən “Həkimlərin İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutu – Tsaritsa Yoanna xəstəxanası”na Almaniya istehsalı olan 10 ədəd oksigen konsentratoru aparatı (ağciyərlərin süni havalandırma aparatları) təqdim edilib.

Trend xəbər verir ki, bu xeyriyyə addımı COVID-19 pandemiyası ilə qlobal mübarizəni dəstəkləmək üçün Azərbaycanın həyata keçirdiyi növbəti beynəlxalq həmrəylik tədbiridir.

Bu addımın COVID-19 pandemiyası ilə əlaqədar Bolqarıstanda yaşanan hazırkı kritik şəraitdə koronavirus infeksiyasına yoluxmuş insanların həyatının qorunması və onlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi baxımından olduqca vaxtında atıldığı və təqdirəlayiq olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti