...

Daha 1 məktəb əyani tədrisə qayıtdı

Cəmiyyət Materials 22 Fevral 2022 09:30 (UTC +04:00)
Daha 1 məktəb əyani tədrisə qayıtdı

Bakı. Humay Ağacanova - Trend:

Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti