...

Daha 1 məktəbdə əyani tədris bərpa olunub

Cəmiyyət Materials 23 Fevral 2022 09:21 (UTC +04:00)
Daha 1 məktəbdə əyani tədris bərpa olunub

Bakı. Humay Ağacanova - Trend:

Paytaxtdakı 218 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, belə ki, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur",- məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti