...

Azərbaycanda bu xəstəliyin də müalicəsi pulsuz olacaq

Cəmiyyət Materials 26 Fevral 2022 13:13 (UTC +04:00)
Azərbaycanda bu xəstəliyin də müalicəsi pulsuz olacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, sonsuzluğun müalicəsi hələki xidmətlər zərfinə daxil edilməyib.

“Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək. Bu, artıq nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var”, - deyə Z.Əliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti