...

Ötən ay zəhərlənmələrdən 8 nəfər ölüb

Cəmiyyət Materials 3 Mart 2022 09:31 (UTC +04:00)
Ötən ay zəhərlənmələrdən 8 nəfər ölüb

Bakı. Samir Əli - Trend:

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə açıqlamasında bildirib ki, onlardan 118-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan, 13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib. Digərlərindən 10-u anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 7-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 54-ü qadın, 50-si kişi, 14-ü uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 116 nəfərdən (3 qadın, 5 kişi) 8-nin həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti