...

Abşeronda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 10 Mart 2022 13:45 (UTC +04:00)
Abşeronda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizin mövlud günləri qeyd edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak etmişlər.

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “İgidliyə görə” medallarına layiq görülən şəhid Sadıqov Rəsul Həşim oğlunun 21-ci, ölümündən sonra “Bayraq ordeni”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Dövlətov Zaur Zahir oğlunun 27-ci, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Useynov Ceyhun Elşad oğlunun 32-ci doğum günü ilə əlaqədar onların məzarları ziyarət olunmuş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, onların göstərdiyi şücaətlərdən söz açılmışdır.

RİH başçısı Abdin Fərzəliyev şəhidlərimizin əvvəllər yaşadıqları evlərə gedərək onların ailə üzvləri ilə görüşmüşdür. Ailələrin problermləri və qayğıları ilə maraqlanan RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd etmişdir.

Şəhid Useynov Ceyhun Elşad oğlunun adının verildiyi küçədə baralyefinin açılışı olmuşdur. Məlumat verilmişdir ki, Abşeron RİH-nin tövsiyasi ilə şəhidin adını daşıyan küçəyə asfalt örtüyü çəkilmiş, ərazidə ümumi abadlıq işləri aparılmışdır.

Şəhid aillələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

RİH başçısı Abdin Fəzrəliyev günün sonunda “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Mustafayev Nurlan Hamlet oğlunun öz adını daşıyan övladı Nurlan Mustafayevin 1 yaşı olması ilə əlaqədar onların evinə getmiş, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti