...

Qara görə Şuşadan çıxa bilməyən sərnişin avtobusu Bakıya yola düşüb (FOTO)

Cəmiyyət Materials 14 Mart 2022 14:24 (UTC +04:00)
Qara görə Şuşadan çıxa bilməyən sərnişin avtobusu Bakıya yola düşüb (FOTO)

Bakı. Trend:

Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti