...

Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb - Avstraliyalı atlet

Cəmiyyət Materials 17 Mart 2022 23:50 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb - Avstraliyalı atlet

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün çox gözəl şərait yaradılıb.

Bu barədə cümə axşamı Trend-ə Azərbaycanda təlim-məşq toplanışında olan bədii gimnastika üzrə Avstraliya yığmasının üzvü Aleksandra Kiroy-Boqatıreva bildirib.

"Təlim-məşq toplanışları artıq üçüncü aydır ki, davam edir. Azərbaycanlı məşqçilərlə birlikdə yeni proqram hazırlamışıq, indi onu yarış mövsümünə hazırlayırıq. Qarşıda məni Daşkənd və Bakıda keçiriləcək Dünya Kuboku, daha sonra Avstraliya çempionatı və Okeaniya çempionatı, eləcə də digər yarışlar gözləyir", - atlet qeyd edib.

Avstraliyalı gimnast Milli Gimnastika Arenasında yaradılan şəraitdən razı qaldığını vurğulayıb.

"Azərbaycanda gimnastika yaxşı inkişaf edib. Burada çox gözəl şərait var. Çox yerdə məşq etmişəm, amma Bakıda idmançılar üçün ən yaxşı şərait yaradılıb. Burada hər şey gimnastlar üçün, onların məhsuldar məşq etmələri və birinci olmaları üçün yaradılıb", - Kiroy-Boqatırova bildirib.

O qeyd edib ki, Azərbaycan gimnastları ilə ünsiyyət onun üçün son dərəcə vacibdir.

"Onların mehriban münasibətinə görə minnətdaram. Biz birlikdə çox vaxt keçiririk - həm məşqlərdə, həm də həftə sonları", - idmançı əlavə edib.

Aleksandra Kiroy-Boqatıryova onu da bildirib ki, Bakıda olduğu müddətdə Azərbaycanın mədəniyyəti, milli adət-ənənələri haqqında daha çox məlumat əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti