...

ADU-da Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2022 20:28 (UTC +04:00)
ADU-da Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Martın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini, tələbələri təbrik edib, onlara möhkəm cansağlığı, işlərində uğurlar, könül xoşluğu, bol ruzi-bərəkət arzu edib. Rektor bayramın mahiyyətindən, əhəmiyyətindən danışıb: “Novruz təbiət bayramıdır. Novruz yenilikdir, təzəlikdir. Bu bayramda təbiət də yenilənir. Sizə də həyatınızda yeniliklər arzu edirəm. Ömrünüzdə elə bir işıqlı, isti günlər olsun ki, həyatınızda peşmançılıq hiss etməyəsiniz”.

Universitet rəhbəri 44 günlük Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gördüyü böyük işlərdən söz açıb:
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın xarüqələr yaratdığını desəm, yanılmaram. Həqiqətən də ölkəmiz siyasi, mədəni, iqtisadi inkişaf yolunda elə addımlayır ki, biz bu addımların əhəmiyyətini, faydasını hələ uzun illər bundan sonra da hiss edəcəyik. 44 günlük müharibənin ab-havası, həyatımızın mənasını dəyişdirən möhtəşəmliyini yaşayırıq. Bu gün biz öz auditoriyamızda əlimizdən gələni etməliyik ki, şəhidlərimizin ruhu şad olsun. Biz onların da əvəzinə yaşamağı, oxumağı, öyrənməyi bacarmalıyıq. Bu bizim ən böyük mənəvi borcumuzdu. Və biz bu borcumuzu hökmən yerinə yetirməliyik və yerinə yetirəcəyik.”

Tədbirin bədii hissəsində tələbələr milli və xarici dillərdə bayram təbriki səsləndirib, musiqilər ifa edib. Universitetin "Dalğa" rəqs qrupu bir-birindən maraqlı rəqs nömrələri nümayiş etdiriblər.

Tələbələrin təqdimatında Novruz bayramının əzəli-əbədi personajları olan kosa və keçəlin iştirakı ilə tamaşa səhnəciyi nümayiş olunub.

Sonda Novruz tonqalı alovlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti