...

Cəlilabadda güclü qar səbəbindən elektrik naqillərində yaranan problem aradan qaldırılıb

Cəmiyyət Materials 20 Mart 2022 15:06 (UTC +04:00)
Cəlilabadda güclü qar səbəbindən elektrik naqillərində yaranan problem aradan qaldırılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad rayonunda güclü qar səbəbindən elektrik naqillərində yaranan problem aradan qaldırılıb.

Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.

Məlumatda deyilir ki, havanın qarlı və şaxtalı keçməsi nəticəsində Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə yaranıb. Hadisədən dərhal sonra qəza xidməti əraziyə yollanıb və qəzanın nəticələrini aradan qaldırıb.

Hazırda rayonun elektrik enerjisi təchizatı ilə bağlı problem yoxdur.

Xatırladaq ki, ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağması səbəbi ilə Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti