...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrdən olan uşaqlara bayram hədiyyələri çatdırılıb (FOTO)

Cəmiyyət Materials 28 Mart 2022 15:42 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrdən olan uşaqlara bayram hədiyyələri çatdırılıb (FOTO)

Bakı. Trend:

23 mart tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın rayonlarında yaşayan aztəminatlı ailələrdən olan uşaqlara Novruz bayramı hədiyyələri çatdırılıb.

Trend-in məlumatına görə, Azərbaycanın sevimli milli nağıl qəhrəmanı "Cırtdan" şən musiqi sədaları altında ölkəmizin ucqar kəndlərinin 500 balaca sakininə bayram sovqatları paylayıb.

Eyni zamanda, Novruz bayramının əsas personajları olan Kosa və Keçəli təsvir edən animatorlar öz məzəli çıxış və oyunları ilə uşaqları sevindiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti