...

Ekspres avtobus xətləri ilə bağlı məlumat lövhələri yığışdırılacaq

Cəmiyyət Materials 29 Mart 2022 13:55 (UTC +04:00)
Ekspres avtobus xətləri ilə bağlı məlumat lövhələri yığışdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda xüsusi karantin rejimi dövründə təşkil olunan ekspres avtobus xətləri ləğv olunsa da dayanacaqlarda quraşdırılmış və həmin marşrutları əks etdirən lövhələr qalmaqdadır. Bu da bəzi sərnişinlər arasında çaşqınlıq yaradır.

Bakı Nəqliyyat Agentliyindən məsələ ilə bağlı Trend-ə bildiriblər ki, həmin lövhələr yaxın vaxtlarda yığışdırılacaq:

"Ekspres xətlər xüsusi karantin rejimi dövründə Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilmişdi.

Daha sonra isə xüsusi karantin rejimi qaydalarında həyata keçirilən yumuşalmalar nəticəsində metropolitenin fəaliyyəti bərpa edildi və müvəqqəti olaraq həmin ekspres xətlərin fəaliyyəti dayandırıldı. Yaxın zamanlarda bu məlumat lövhələrinin yığışdırılması nəzərdə tutulub", - deyə agentlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti