...

“Başla!” adlı sərgi baş tutub

Cəmiyyət Materials 30 Mart 2022 17:59 (UTC +04:00)
“Başla!” adlı sərgi baş tutub

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “ArtCoLab” Yaradıcı Gənclər Platformasının fəaliyyətinin 3-cü ilinin tamam olması münasibəti ilə platformada təmsil olunan yaradıcı gənclərin “Başla!” adlı qrup sərgisi təşkil olunub.

Sərgi 29-30 mart tarixləri arasında Muzey Mərkəzində yerləşən sərgi salonunda açılıb. 27 gənc rəssamın 71 əsəri ictimaiyyətə təqdim olunub. Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, bir hissəsi isə kağız üzərində rəngli karandaşlarla işlənmiş müxtəlif mövzulu əsərlər olub. Açılış mərasimində millət vəkilləri, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak edib.

İlk olaraq aparıcı Firuzə Cəlilova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı sərgi ilə bağlı ətraflı məlumat verib. Öz növbəsində millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərov, Tamam Cəfərova, Məzahir Əfəndiyev, İlham Məmmədov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, RHİM İctimai Birliyinin sədri Arzu Bağırova, "ArtColab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva və proqram meneceri Casiyət Abdullayeva çıxış edərək fikirlərini bildiriblər.

Sərginin məqsədi gənc rəssamların kəşf edilməsi və cəmiyyətə tanıdılması ilə yanaşı, onların əsərlərini ictimaiyyətə təqdim etmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, “ArtCoLab” Yaradıcı Gənclər Platforması 5 fevral 2019-cu ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti