...

Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR

Cəmiyyət Materials 4 Aprel 2022 11:57 (UTC +04:00)
Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend “Azneft”ə istinadən xəbər verir ki, bununla bağlı təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti