...

Xırdalanda külək məktəbin damını uçurub, xəsarət alan olmayıb - Təhsil Şöbəsi (VİDEO)

Cəmiyyət Materials 4 Aprel 2022 12:38 (UTC +04:00)
Xırdalanda külək məktəbin damını uçurub, xəsarət alan olmayıb - Təhsil Şöbəsi (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək məktəbdə fəsad törədib.

Trend-in məlumatına görə, külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.

Abşeron Rayon Təhsil Şöbəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”, - deyə əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti