...

Azərbaycanda bələdiyyələrin sayı çoxdur - Deputat

Cəmiyyət Materials 5 Aprel 2022 12:56 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrin sayı çoxdur - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur.

Trend-in məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənədin müzakirəsi zaman deyib.

Deputat qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayında artımlar müşahidə olunub.

"Bu isə ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin də gücləndirilməsinə ehtiyac var", - V.Bayramov bildirib.

Millət vəkili vurğulayıb ki, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədə uyğun olardı:

"Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti