...

Marşrut xətləri ilə bağlı məlumatlandırmanın yaxşılaşdırılması üçün “Google Maps"lə danışıqlar aparılır - BNA (VİDEO)

Cəmiyyət Materials 8 Aprel 2022 11:51 (UTC +04:00)
Marşrut xətləri ilə bağlı məlumatlandırmanın yaxşılaşdırılması üçün “Google Maps"lə danışıqlar aparılır - BNA (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps"in nəqliyyat komandası ilə də danışıqlar aparılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsinin xidmət keyfiyyətinin artırılması baxımından əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə ardıcıl tədbirlər görülür.

"Bu çərçivədə 2017-ci ildə alo141.az saytı istifadəyə verilib. Multifunksional portala daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, o cümlədən də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı vardır.

"Necə getməli" bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən planlaşdırmaq mümkündür. Bunun üçün gediş planına uyğun olaraq, A və B nöqtələri qeyd edilir. Buna əsasən, xəritə üzərində A və B nöqtələri arasında məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə xəritədə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.

Məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps"in nəqliyyat komandası ilə də danışıqlar aparılır", - BNA bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti