...

Həmkəndlisinin evindən oğurluq edən Masallı sakini saxlanılıb (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2022 12:09 (UTC +04:00)
Həmkəndlisinin evindən oğurluq edən Masallı sakini saxlanılıb (FOTO)

Bakı. Trend:

Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Musaküçə kənd sakini Xəqani Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməlinin də üstü açılıb.

Belə ki, Xəqani Mamedovun gecə saatlarında həmkəndlisinə məxsus yaşayış evindən ümumi dəyəri 1500 manat olan 1 ədəd televizor və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib. Oğurlanan əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti