...

Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 10 Aprel 2022 16:36 (UTC +04:00)
Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 237 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 332 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 202 nəfərdir.

Ölkədə son sutka ərzində 4 453 hazırkı dövrədək isə 6 743 461 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti