...

Aprelin 14-də havada tozun miqdarı norma daxilində olacaq

Cəmiyyət Materials 13 Aprel 2022 11:56 (UTC +04:00)
Aprelin 14-də havada tozun miqdarı norma daxilində olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən axşam saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havada dispers toz hissəciklərinin miqdarında artım müşahidə edilib.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, havada toz hissəcikləri gecə saatlarında Bakının Xətai rayonunda normadan 2,6 dəfə, Nizami rayonunda isə 1,4 dəfə çox olub”.

G.Abbasova qeyd edib ki, 14 aprel tarixində isə şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsi ilə əlaqədar havada dispers toz hissəciklərinin miqdarının norma daxilinə düşəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti