...

Samir Şərifovun birinci müavini vəfat edib

Cəmiyyət Materials 15 Aprel 2022 10:53 (UTC +04:00)
Samir Şərifovun birinci müavini vəfat edib

Bakı. Trend:

Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə vəfat edib.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib. İlqar Fəti-zadə 66 yaşında xəstəlikdən dünyasını dəyişib.

O, 1980-1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləyib. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsinə təyin olunub. 1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

1999-cu ildən maliyyə nazirinin birinci müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti