...

“Bank Respublika”nın 21 yaşlı əməkdaşının böyük uğuru! (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2022 20:22 (UTC +04:00)
“Bank Respublika”nın 21 yaşlı əməkdaşının böyük uğuru! (FOTO)

Bakı. Trend:

Ölkəmizdə gənc mütəxəssislərin inkişafına böyük önəm verən və gəncləri dəstəkləyən Bank Respublika, özünün 21 yaşlı əməkdaşının əldə etdiyi uğur haqda məlumat verib.

Belə ki, Bankın İnformasiya Təhlükəsizliyi Departamentinin gənc mütəxəssisi İSA CƏFƏROV magistratura təhsili almadan birbaşa ABŞ-də doktorantura pilləsinə qəbul olunub. O, kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.

İsa Nyu-York Şəhər Universiteti, Kolorado Universiteti, Alabama Universiteti və Kolorado Mədən Məktəbindən də təklif alıb. Bank əməkdaşının seçim etdiyi Nyu-York Şəhər Universitetindən qazandığı təqaüdün məbləği 135 min ABŞ dolları təşkil edəcək

Bununla bağlı, Bankın rəhbərliyi gənc mütəxəssislə görüşərək onunla qürur duyduqlarını bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti