...

ADPU-nun Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2022 13:48 (UTC +04:00)
ADPU-nun Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) rəhbəri İntiqam Yaşar, İdarə Heyətinin üzvü Habil Rzanur, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı, Qubalı yazar Murad Muradov, yazar Ceyhun Ağabəyov və Quba Rayon İcra Hakimiyyətinin (QRİH) nümayəndəsi Əhməd Nurullayev ilə görüş keçirilmişdir.

Görüşdə filialın direktoru dosent Yusif Alıyev, filialın tələbləri və müəllimləri iştirak etmişlər.

Dos.Y.Alıyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq bugünkü görüşün "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətin təşkili" layihəsi çərçivəsində ərsəyə gəldiyini bildirmişdir.

Direktor bildirmişdir ki, mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir. O, gəncləri nəinki bədii qiraətlə məşğul olmağa, həmçinin yazıb-yaratmağa səsləyərək bu istiqamətdə fəaliyyət göstərən DGTYB-nin beynəlxalq hüquqi şəxs olaraq onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər keçirən, türk dünyasında yaşayan gənc türk yazarların birləşdiyi qurum olduğunu bildirdi.

İ.Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib və DGTYB tərəfindən hazırlanan "Gəncliyin sözü" kitabını təqdim edib. "Gəncliyin sözü"ndə 55 gənc yazarın müxtəlif mövzularda əsərlərinin toplandığını qeyd edib.

Daha sonra digər tədbir iştirakçıları da çıxış edərək şeir parçaları səsləndirmişlər.
Filialın tələbələri də tədbirdə şeirlər səsləndirmişlər.

Sonda Nizami Gəncəvi ilinə həsr olunan "Nizami Gəncəvi irsi və gənclik" kitabı, həmin kitabda ötən il məqalələri çap olunan filialın müəllimi Nuranə Allahverdiyevaya və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II və III kurs tələbələrinə hədiyyə olunmuşdur.

DGTYB-nın rəhbəri İ.Yaşar sonda layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə direktor Y.Alıyevi və R.Qusarçaylını təltif etmişdir.

Qeyd edək ki, DGTYB həmçinin ayrı-ayrı türk ölkə və topluluqlarında təşkil olunan onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib. Birliyin türk ölkə və topluluqlarında təmsilçiləri fəaliyyət göstərir. Təşkilat olaraq Türk dünyasında gənc yazarların 2007-ci ildə "Gənclər mükafatı"na layiq görülüb. Birliyin seçkili orqanlarında təmsil olunan üzvlərinin hamısı Azərbaycanın və digər türk ölkə və topluluqlarının diplom və fəxri fərmanlarına layiq görülüb. DGTYB Qırğız Respublikasının Milli Yazıçılar Birliyi, Özbəkistan Respublikasının "Gənc Yaradıcılar Birliyi" və s. qurumlarla birgə əməkdaşlığa dair memorandumlar imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti