...

Əməkdaşlarımız digər sahələrə yönəlir, onların yerinə isə yeni kadrlar gəlmir - AMEA-nın vitse-prezidenti

Cəmiyyət Materials 27 Aprel 2022 12:08 (UTC +04:00)
Əməkdaşlarımız digər sahələrə yönəlir, onların yerinə isə yeni kadrlar gəlmir - AMEA-nın vitse-prezidenti
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AMEA-nın kadr potensialının gəncləşdirilməsi istiqamətində işlər aparılmalıdır.

Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, bu gün AMEA-nın elmlər doktorlarının sadəcə 26 nəfəri 60 yaşdan aşağıdır.

"Ümumilikdə, AMEA-nın 1828 əməkdaşı var. Onlardan 948-i elmi işçi, 353-ü fəlsəfə doktoru, 165-i elmlər doktorudur. Əməkhaqlarında ciddi fərqlər olduğu üçün 10-20 il institutlarda çalışan əməkdaşlarımız yavaş-yavaş ya təhsil müəssisələrinə, ya da digər sahələrə yönəlir. Onların yerinə isə təəssüf ki, yeni kadrlar gəlmir. Bu sahədə işlər aparılmalıdır".

R.Əliquliyev həmçinin bildirib ki, son bir neçə ildir AMEA əməkdaşlarının WoS beynəlxalq elmi bazasına çıxışı bağlanıb.

"Elmi bazalarda elmi əsərlər dərc etdiyinə görə müəlliflərə mükafat verilmir. Əvvəl verilirdi. Həmçinin digər zəruri xərclər, o cümlədən tərcümə, dərc haqqı ödənilmir. Elmi jurnalların dərci üçün təşkilati - texniki və maliyyə dəstəyi göstərilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti