...

Regionlarda tibb işçilərinin çatışmazlığının aradan qaldırması ilə bağlı proqram hazırlanır - Nazir

Cəmiyyət Materials 10 May 2022 11:31 (UTC +04:00)
Regionlarda tibb işçilərinin çatışmazlığının aradan qaldırması ilə bağlı proqram hazırlanır - Nazir

Bakı. Trend:

Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə regionlarda tibb işçilərinin çatışmazlığının aradan qaldırması ilə bağlı proqram hazırlayır.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev mayın 10-da Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, proqram çərçivəsində müəyən mexanizmlər işlənib təklif olunacaq.

"Həmin təkliflər nəticəsində gənc və təcrübəsi olan həkimlərimiz regionlara göndəriləcək. Onlar xidmətlərini regionlarda göstərəcəklər",-nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti