...

Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə bilik yarışması keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2022 20:12 (UTC +04:00)
Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə bilik yarışması keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 10-da xalqımızın ümummilli lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Zəka” intellektual bilik yarışması keçirilib.

AHİK-dən Trend-ə bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə baş tutan yarışmanın keçirilməsində məqsəd aqrar sahədə çalışan işçilərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırılmaq, onların bilik və elmi nüfuzunu artırmaq və vətənpərvərlik hissini gücləndirməkdir. Yarışmada KTN-in qurumlarında çalışan 6 nəfərdən ibarət 14 komanda mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışmada Nazirliyin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun komandası I yeri, Aqrar Tədarük və Təchizat ASC-nin komandası II yeri, Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin komandası III yeri qazanıb.

Qaliblərin mükafatlandırma mərasimində KTNBHİK-nın sədri Fuad Məmmədov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən danışıb, onun Azərbaycan xalqının həyatındakı misilsiz xidmətlərinə diqqət çəkib. Sonra Komitə sədri bildirib ki, aqrar sahədə çalışan işçilər arasında ilk dəfə keçirilən bu bilik yarışması bundan sonra da davam etdiriləcək.

Naziriliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Süleymanov çıxışında Ulu Öndərin kənd təsərrüfatı sahəsində gördüyü işləri, həyata keçirdiyi islahatları xatırladaraq onun xatirəsinin hər kəs üçün əziz olduğunu qeyd edib. O, keçirilən bilik yarışmasının əhəmiyyətini vurğulayaraq qurumlar arasında münasibətlərin gücləndirilməsinə xidmət etdiyini bildirib. Sonda qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti