...

Bakıda yağışlı hava nə qədər davam edəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 11 May 2022 11:16 (UTC +04:00)
Bakıda yağışlı hava nə qədər davam edəcək? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda günün ikinci yarısı yağıntısız keçəcək.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısı hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin yağıntısız keçəcəyi gözlənilir.

"Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq", - deyə G.Məmmədova bildirib.

Xatırladaq ki, mayın 13-dən etibarən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti