...

AzMİU-nun ixtisasartıma fakültəsinin məzunlarına sertifikatlar verilib (FOTO)

Cəmiyyət Materials 12 May 2022 11:02 (UTC +04:00)
AzMİU-nun ixtisasartıma fakültəsinin məzunlarına sertifikatlar verilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin məzunlarına sertifikatlar verilib. İnşaat mühəndisliyi ixtisası üzrə fakültədə təhsil alan PMD Projects şirkətinin 7 əməkdaşı 3 aylıq kursları uğurla bitirib.

Sertifikatları Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov, İxtisasartırma fakültəsinin dekanı Cəmilə İmaməliyeva, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev təqdim edib.

Şirkətin Keyfiyyətə nəzarət Departamentinin rəhbəri Rüstəm Heydərov, İnsan resursları Depatamentinin rəhbəri Rizvan Nəbiyev və əməkdaşı Lalə Cəlilzadə kursların uğurlu təşkili, keyfiyyətli təhsil üçün Universitet rəhbərliyinə, müəllimlərə təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti