...

Binadan özünü atan qızı xilas etməyə çalışan gömrükçü: Peşman deyiləm

Cəmiyyət Materials 13 May 2022 10:06 (UTC +04:00)
Binadan özünü atan qızı xilas etməyə çalışan gömrükçü: Peşman deyiləm
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün əvvəl intihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan Zahid Niyazov xəstəxanadan evə buraxılıb.

Trend xəbər verir ki, 37 yaşlı gömrük əməkdaşı bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.

O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir:

“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti