...

Xaricdə təhsillə bağlı proqrama qeydiyyat iyunun 6-dan başlayacaq

Cəmiyyət Materials 3 İyun 2022 16:23 (UTC +04:00)
Xaricdə təhsillə bağlı proqrama qeydiyyat iyunun 6-dan başlayacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 6-dan etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsillə bağlı müraciətlərin qəbuluna başlanılacaq və 20 gün davam edəcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib.

O qeyd edib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu il həm bakalavr, həm də magistratura səviyyəsi üzrə 400 tələbənin xaricdə təhsilinin maliyyələşdirilməsi imkanı yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti