...

Azərbaycanda 4 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 5 İyun 2022 16:39 (UTC +04:00)
Azərbaycanda 4 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 808 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 041 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 54 nəfərdir.

Ölkədə son sutka ərzində 2 134, hazırkı dövrədək isə 6 907 553 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti