Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris
ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Akademiyanın
rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq
sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ
sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin
həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.
Sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün
apelIyasiya komissiyası da fəaliyyət göstərir.
Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan
sessiyası iyul ayının 8-də yekunlaşacaqdır.