...

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsində dəyişiklik edilib

Cəmiyyət Materials 21 İyun 2022 22:01 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsində dəyişiklik edilib

Bakı. Trend:

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, İnstitutun əldə etdiyi vəsaitdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq Agentliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti