...

Coca-Cola-nın musiqili kampaniyası davam edir (FOTO)

Cəmiyyət Materials 4 İyul 2022 17:01 (UTC +04:00)
Coca-Cola-nın musiqili kampaniyası davam edir (FOTO)

Bakı. Trend:

Milyonlarla insanın sevimli sərinləşdirici içki markası olan Coca-Cola 17 iyun - 26 avqust tarixləri arasında təşkil etdiyi Musiqi lotereya davam edir. Artıq 2 tiraj geridə qalıb və qaliblər öz dəyərli hədiyyələrini qazanıblar.

Lotoreyada iştirak edib bir birindən dəyərli hədiyyələr qazanmaq üçün 0.5 L ölçülü qızılı qapaqlı Coca-Cola Classic, Coca-Cola Sıfır Şəkər, Coca-Cola Sıfır Şəkər Limon Və Laym, Fanta Portağal, Fanta Ekzotik, Fanta Düşes, Sprite məhsullarının altındakı xüsusi promo kod ilə qeydiyyatdan keçmək kifayətdir.

Qızılı qapağın altındakı unikal kodu 3 vasitə ilə qeydiyyatdan keçirmək olar:

• “7676” nömrəsinə kodu SMS vasitəsilə göndərmək ilə

• “music.coca-cola.az” internet saytı vasitəsilə qeydiyyatdan keçmək ilə

• +994 50 444 76 76 nömrəsinə kodu whatsapp vasitəsi ilə göndərmək ilə

Lotereya 10 həftə ərzində hər cümə günü keçirilir və qaliblər Gənclik Mall-un 1-ci mərtəbəsində xüsusi lotereya mərkəzində elan olunur. Qaliblərə bu barədə SMS bildirişi də göndərilir.

Kampaniyanın növbəti tirajında qalibləri elan edərkən "Azerbaijan Coca-Cola Bottlers " MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova bildirib ki, kampaniyada musiqi həvəskarlarının musiqi dinləməsi üçün müxtəlif dəyərli hədiyyələr, o cümlədən, Apple iPhone 13 smartfonu hədiyyə edilir: “Bugünkü qalibləri Coca-Cola adından təbrik edirəm. Kampaniyada iştirak edən hər kəsə və istehlakçılarımıza əyləncəli və musiqi ilə dolu yay istirahəti arzu edirəm”.

Kampaniya müddətində Bakının müxtəlif yerlərində Coca-Cola şirkəti musiqi konsepti ilə müxtəlif əyləncəli tədbirlər də təşkil edəcək.

Hər tirajda Coca-Cola sevərlər 200 ədəd Brendinqli Səs Gücləndiricisi, 100 ədəd Brendinqli Çanta, 10 ədəd Brendinqli Karaoke Seti, 10 ədəd Apple Airpods 3, 5 ədəd Apple Iphone 13 128gb qazanmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.

Xəbər lenti

Xəbər lenti