...

Batmanda Qarabağ parkı açılıb (FOTO)

Cəmiyyət Materials 5 İyul 2022 13:35 (UTC +04:00)
Batmanda Qarabağ parkı açılıb (FOTO)

Bakı. Trend:

Türkiyənin Batman vilayətində “Qarabağ” parkının açılışı olub. Açılış mərasimində Batman Enerji Zirvəsi – 2022 Beynəlxalq konfransında iştirak üçün Türkiyədə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Batman Universitetinin rektoru, prof. İdris Demir, Batman valisi Ekrem Canalp, Türkiyənin dövlət adamları, yerli ictimaiyyət təmsilçiləri və Batman Universitetinin professor-müəllim heyəti iştirak edib.

Açılış mərasimində çıxış edən Batman valisi Ekrem Canalp Türkiyə-Azərbaycan qardaşlığının və bu iki ölkə arasındakı tarixi bağların sarsılmaz olmasından danışıb. O, qeyd edib ki, bu gün Türkiyədə Qarabağ parkının açılması iki qardaş ölkənin birliyinin, məhəbbətinin nümunəsidir.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı belə möhtəşəm bir törəndə - Azərbaycanın 44 günlük Vətən müharibəsindən və tarixi qələbəsindən sonra Türkiyədə Qarabağ parkının yaradılmasından və bu açılış mərasimində şəxsən iştirak etməsindən məmnun olduğunu bildirib. Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu, belə əsaslı layihələrin bu dostluğu daha da yüksək zirvəyə ucaltdığını deyən rektor, professor Mustafa Babanlı bundan sonra da bütün dünya iki qardaş ölkənin necə inkişaf etməsinin, əbədi birliyinin şahidi olacağını vurğulayıb.

Batman Universitetinin rektoru, prof. İdris Demir yeni yaradılan Qarabağ parkını Azərbaycan və Türkiyə birliyinin növbəti nişanəsi adlandırıb. O, çıxışında Azərbaycanla Türkiyənin bütün sahələrədə əlaqələrinin güclü olmasından söz açıb. Prof. İdris Demir qeyd edib ki, bu gün siyasi-diplomatik, iqtisadi və mədəni sahədə olduğu kimi, Azərbaycan ali təhsil müəssisələri ilə, o cümlədən ADNSU ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Prof. İdris Demir bundan sonra da əməkdaşlığın bütün istiqamətdə daha da uğurla inkişaf edəcəyinə, yeni-yeni layihələrin reallaşacağına əminliyini bildirib.

Rəsmi hissə və bədii proqramdan ibarət olan açılış mərasimi sonra musiqi nömrələri ilə davam edib.

Onu da qeyd edək ki, park ümumilikdə 15 min 397 kvadratmetr ərazini əhatə edir, müasir arxitektura əsasında qurulub. Burada uşaq əyləncə məkanı, istirahət yerləri, fəvvarələrdən ibarət bölmələr və s. qurulub. Məkanda, həmçinin sərgi yerləri ilə yanaşı, Azərbaycanın yeddi məşhur incəsənət ustasının əsərləri də yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti