...

Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək artacaq - Xəbərdarlıq

Cəmiyyət Materials 10 İyul 2022 14:43 (UTC +04:00)
Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək artacaq - Xəbərdarlıq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, iyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir. İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti